» » Malayziya şahzadəsi Odlar Yurdu Universitetində

Malayziya şahzadəsi Odlar Yurdu Universitetində

Malayziya şahzadəsi Odlar Yurdu Universitetində

Perlis əyalətinin şahzadəsi və Malayziya Perlis Universitetinin rektoru Hrh Tuanku Syed Faizuddin Putra İbni Tuanku Syed Sirajuddin Jamalullail, tələbə və məzunların işləri üzrə vitse-kansler köməkçisi dos. Dr. Mohd Fo’ad Bin Sakdan, tələbə və məzunların işləri üzrə şöbə müdiri dos. Razli B. Ahmad Odlar Yurdu Universitetinin qonağı olub.

"Qafqazinfo" xəbər verir ki, qonaqları Odlar Yurdu Universitetinin həmtəsisçisi professor Samir Vəliyev qəbul etdi, onları universitetdə görməkdən məmnunluğunu bildirib. Samir Vəliyev Odlar Yurdu Universitetinin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri haqqında qonaqlara dolğun məlumat verib və qeyd edib ki, tələbələr nəinki tədris prosesində, həmçinin universitetin sosial–ictimai həyatında da fəaldırlar və bu, rəhbərlik tərəfindən həmişə yüksək qiymətləndirilir.

Görüşdə eyni zamanda Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahman, Odlar Yurdu Universitetinin ümumi işlər prorektoru Vüqar Şahinzadə, aparat rəhbəri Heydər Qəmbərov iştirak ediblər.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən Tuanku Syed Faizuddin Putra İbni Tuanku Syed Sirajuddin Jamalullail öz növbəsində Malayziya və Azərbaycan arasında sürətlə inkişaf edən siyasi, iqtisadi, mədəni əlaqələrdən, Azərbaycanda gedən sürətli inkişaf prosesindən və əldə etdiyi uğurlardan söz açıb. O, Odlar Yurdu Universitetində olmaqdan məmnun olduğunu söyləyib və iki universitet arasında təcrübə mübadiləsinin aparılması istiqamətində maraqlı olduqlarını qeyd edib, həmçinin bu görüşün iki universitetin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Malayziya şahzadəsi Odlar Yurdu Universitetində
Malayziya şahzadəsi Odlar Yurdu Universitetində
Malayziya şahzadəsi Odlar Yurdu Universitetində
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031