» » “Hakim partiyanın namizədi İlham Əliyev olacaq” – Prezidentliyə keçmiş namizəd

“Hakim partiyanın namizədi İlham Əliyev olacaq” – Prezidentliyə keçmiş namizəd

“Hakim partiyanın namizədi İlham Əliyev olacaq” – Prezidentliyə keçmiş namizəd

“Müxalifətdən elan olunan namizədlərin beşi birə dəyməz, biri də heçə”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 2013-cü il prezident seçkilərində iştirak etmiş Milli Məclisin deputatı, Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə növbəti seçkilərdə iştirak ehtimalını dəyərləndirərkən deyib.

Əlizadənin sözlərinə görə, 2018-ci il seçkilərində iştirak məsələsini indidən müzakirəyə çıxartmaq tezdir:

“Qarşıda hələ kifayət qədər vaxt var. Biz də vaxtı çatanda, bu məsələni müzakirəyə çıxarıb, qərarımızı verəcəyik. Seçkilərdə iştirakım partiyanın qərarı əsasında müəyyənləşəcək. Qərar verilsə, iştirak edəcəm, verilməsə, yox.

Həmin qərarın gec verilmək ehtimalı da bizi narahat etmir. Çünki 20 ildir, eyni komanda ilə işləyirik və hər kəs öz işini bilir”.

ASDP sədri hazırda bəzi müxalifət təmsilçilərinin namizədlərini elan etmələrinə ironik münasibət bildirib:

“Qoy müxalifətdən neçə nəfər istəyir, namizədliyini versin. Onsuz da onların beşi birə dəyməz, biri də heçə”.

Əlizadə əminliklə bildirib ki, hakim partiyanın gələnilki seçkilərdə namizədi prezident İlham Əliyev olacaq:
“Əminəm ki, cənab Prezident gələn il də hakim partiyanın namizədi və seçkilərin əsas favoriti olacaq”.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728