» » Azərbaycanla Tacikistan arasında aviareys açılacaq

Azərbaycanla Tacikistan arasında aviareys açılacaq

Azərbaycanla Tacikistan arasında aviareys açılacaq
Tacikistanın “Tacik Alüminium Şirkəti” və “Somon Air” aviaşirkətinin nümayəndələrindən ibarət biznes heyəti Azərbaycanda rəsmi səfərdə olub.

Djb.az-ın məlumatına görə, bu barədə Tacikistanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində qonaqlar “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov, “Buta Airways”in baş direktoru Cəmil Manizadə və “Silkway”in birinci vitse-prezidenti Teymur Məmmədovla görüşüblər.

Danışıqlar nəticəsində “Somon Air” dekabrdan etibarən həftədə iki dəfə Düşənbə-Bakı-Frankfurt-Bakı-Düşənbə marşrutu üzrə daimi reyslərə başlayacaq.

Səfər çərçivəsində yükdaşımalarla da bağlı bəzi razılıqlar əldə edilib. Belə ki, mülki aviasiya sahəsində çalışan tacik mütəxəssislər Azərbaycanın ixtisaslaşmış təhsil müəssislərində təlim keçəcəklər.

Azərbaycanda olan Tacikistan nümayəndə heyəti həmçinin iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərbaycan Dəmir Yolları" QSC-nin Cavid Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin sədri Rauf Vəliyev, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Davud Məmmədov və “DET-Al” alüminium zavodunun baş direktoru Sərxan Babayevlə görüşüb.

Tacikistanın “TALCO” şirkəti ilə “DET-Al” arasında təchizat müqaviləsi imzalanıb və bu müqavilə dekabrda qüvvəyə minəcək. Həmçinin, 2018-ci ildə Gəncə Alüminium Zavoduna investisiya yatırılması ilə bağlı da razılıq əldə edilib.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728