» » Yeni nazir Energetika Nazirliyində üç nəfəri vəzifədən çıxardı

Yeni nazir Energetika Nazirliyində üç nəfəri vəzifədən çıxardı

Yeni nazir Energetika Nazirliyində üç nəfəri vəzifədən çıxardı
Yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov nazirliyin 3 rəhbər şəxsini vəzifədən azad edib.

“APA-Economics”in məlumatına görə, nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi Hacıqulu Sadıqov ötən gün işdən çıxarılıb.

Bundan başqa, nazirliyin Enerji Nəzarət İdarəsinin rəisi Cəfər Hüseynov və beynəlxalq şöbənin müdiri Rauf Həsənov da vəzifəsi ilə vidalaşıb.

Hələlik onların yerinə təyinat aparılmayıb.

Hər üç şəxsin vəzifədən azad edilməsi P. Şahbazovun yeni komanda qurması ilə əlaqələndirilir.
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728