» » Bəzi saytların fəaliyyətində problem yarandı – SƏBƏB

Bəzi saytların fəaliyyətində problem yarandı – SƏBƏB

Bəzi saytların fəaliyyətində problem yarandı – SƏBƏB

Azərbaycanda bəzi media saytlarının və forumların fəaliyyətində texniki nasazlıqlar yaranıb.

Oxu.Az-ın xəbərinə görə, buna Almaniyada yerləşən data mərkəzində qəzanın baş verməsi səbəb olub.

Qeyd edilir ki, Almaniyanın OVH data mərkəzində baş vermiş texniki qəza nəticəsində minlərlə sayt fəaliyyətini müvəqqəti dayandırıb.

Ölkəmizlə yanaşı, bəzi xarici saytların, o cümlədən, “Vedomosti”, “The New Times” kimi xəbər portallarının fəaliyyətində də problemlər yaşanıb.

Fəaliyyətində problemlər yaranan saytların fiziki olaraq yalnız bir serverdən istifadə etməsi göstərilir.

Ekspert Hüseyn Hüseynzadə belə xoşagəlməz halların qarşısını almaq və saytların fəaliyyətinin müstəqilliyini qorumaq üçün əsas həll yolu olaraq, məlumatların iki serverdə saxlanılmasını tövsiyə edir:

“Bir serverin xaricdə rezerv olması, yerli data mərkəzlərində saxlanılan serverin isə əsas olması məqsədə uyğundur. Bu halda, sayt Azərbaycan ərazisində çox sürətli işləməklə yanaşı, hər hansı bir data mərkəzin texniki qəzalarından asılı olmur. Həmçinin bu ölkədən xaricə valyuta axını və sonucda internet xidmətini təqdim edən provayderlərin xərclərini azaldaraq İnternetin qiymətinin ucuzlaşmasına səbəb olacaq”.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031