» » Nazir: Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə böyük önəm verir

Nazir: Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə böyük önəm verir

Nazir: Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə böyük önəm verir

“Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun bütün səviyyələrdə təşviq edilməsinə böyük önəm verir”.

Djb.az-ın XİN-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupu nazirlərinin görüşündə çıxışı zamanı deyib. O bildirib ki, multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətini gücləndirən və birləşdirən uzunmüddətli ənənədir: “Əsrlər boyu müxtəlif millətlər və dinlərə mənsub insanlar Azərbaycanda sülh içərisində və ləyaqətlə yaşayıblar. 2016-cı il Azərbaycan prezidenti tərəfindən “Azərbaycanda multikulturalizm ili” elan edilib. Nəticədə milli və beynəlxalq səviyyədə multikulturalizmin bəşəri ideallarını qoruyub saxlamaq və yaymaq tədbirlərini nəzərdə tutan xüsusi Fəaliyyət Planı hazırlanıb”.

Nazir qeyd edib ki, ötən il aprelin 25-27-də Azərbaycan BMT Sivilizasiyalar Alyansının “İnkluziv cəmiyyətlərdə birgəyaşayış” mövzusuna həsr olunmuş 7-ci Qlobal Forumuna ev sahibliyi edib: “Forumun əsas nəticəsi Bakı Bəyannaməsi oldu. Bu Bəyannamə ayrı-seçkilik, düşmənçilik və zorakılığa rəvac verən dini nifrətə istənilən dəstəyi kəskin şəkildə qınadı və üzv dövlətləri zorakı ektremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırdı. Bakı Bəyannaməsi dövlətlər və beynəlxalq təşkilatlar üçün beynəlxalq dialoq və multikulturalizmin zorakılıq, ekstremizm və ksenofobiyaya qaşı mübarizə vasitəsi kimi təşviqində əsas rəhbər prinsipə çevrilməlidir. İnkluziv cəmiyyətlərin yaradılması və inkişafında gənclərin xüsusi rolunu qəbul edərək, Forum çərçivəsində 150-dən artıq gəncin iştirak etdiyi BMT Sivilizasiyalar Alyansının Gənclər Tədbiri də keçirilib”.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930