» » Dindarlara tövsiyə: Məhərrəmlikdə oruc tutun!

Dindarlara tövsiyə: Məhərrəmlikdə oruc tutun!

Dindarlara tövsiyə: Məhərrəmlikdə oruc tutun!

İslam dinində elə məkanlar, aylar və ya günlər var ki, digərlərindən daha fəzilətlidir. Yəni həmin vaxt, həmin yerdə etdiyimiz ibadət daha çox savab və mükafat qazandırır. Məsələn, Ramazan ayındakı oruc digər aylardan daha fəzilətli qılınıb və fərz hesab edilir. Eyni zamanda, Məhərrəm ayı da fəzilətlilər sırasındadır.

Bu il Məhərrəm ayı Miladi təqvimlə sentyabrın 22-də başlayacaq. Aşura günü isə oktyabrın 1-nə təsadüf edir.

Maraqlıdır, bu ayda oruc tutmaq olarmı?

Djb.az Oxu.Az-a istinadən xəbər verir ki, ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, Məhərrəmlikdə oruc tutmaq müstəhəbdir: “Peyğəmbərimiz hədisində Məhərrəmliyin “Allahın ayı” olduğunu bildirib. Bu səbəbdən Məhərrəm ayının xüsusi yeri və əhəmiyyəti var. Bu ayı canlı tutmaq, ibadətləri gücləndirmək, xüsusilə də oruc ibadətinin önəmini vurğulamaq lazımdır.

Peyğəmbərimiz belə buyurub: “Ramazan orucu xaricində ən fəzilətli oruc, Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur. Fərzlər xaricində ən fəzilətli namaz da gecə namazıdır”.

Açığı, Aşura günü ilə əlaqəli məsələ xaric, Məhərrəm ayında əlimizdən gəldiyi qədər çox oruc tutmaq savabdır, müstəhəbdir. Yəni Məhərrəm ayı boyunca istədiyiniz günlərdə oruc ibadətini yerinə yetirə bilərsiniz. Eyni zamanda, sünnət olan oruclar həftənin birinci, dördüncü günü tutulan orucdur. Bu oruclara davam etmək daha fəzilətlidir. Çünki Allahın ayının fərqinə varmaq lazımdır. Rəbbimizin bu aya xüsusi diqqəti var”.

E.Mahmudov Aşura günündə tutulan orucdan da söz açıb: “Aşura günündə oruc tutmaq belə izah edilir: “Rəsulullah Mədinəyə gəlincə, Yəhudilərin aşura günü oruc tutduqlarını gördü. Onlardan: “Bu gün nə üçün oruc tutursunuz?” deyə soruşdu. Onlar da “Bu, xeyirli bir gündür. Allah, o gündə Bəni-İsraili düşmənlərindən qurtardı. Həzrəti-Musa o gün oruc tutdu” dedilər. Rəsulullah da: “Mən Musaya sizdən daha yaxınam” buyurub o gün oruc tutdu və müsəlmanlara da tutmalarını tövsiyə etdi.

Yəni Aşura günündə tutulan oruc sünnət orucudur. Həmin gün oruc tutub-tutmamağın hər hansı günahı, qadağası yoxdur. Sadəcə, oruc tutmayanlar bunun fəziləti və mükafatından uzaq qalırlar”.
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728