» » Qənirə Paşayeva: "Bu cinayəti törədən layiq olduğu ağır cəzanı almalıdır"

Qənirə Paşayeva: "Bu cinayəti törədən layiq olduğu ağır cəzanı almalıdır"

Qənirə Paşayeva: "Bu cinayəti törədən layiq olduğu ağır cəzanı almalıdır"

"Bu cinayəti törədən layiq olduğu ağır cəzanı almalıdır! Bunu gözləyirik! 6 günlük Mələyin qətli ilə bağlı bir az əvvəl yayılmış son məlumatı dəhşət içərisində oxudum. Bir qadın, bir nənə, bir insan bunu edə bilməz! Bunu edən insan cildindəki "vəhşi"dir. Şokdayam. Bizim ölkədə, bizim millətimiz arasında belə insanın, ailənin olmasından insan utanır. Birinci övlad qız olub deyə ananı ailə üzvləri 4 ildə 4 dəfə aborta məcbur ediblər. Mələk 5-ci olmalıymış amma qədər imkan vermək istəməyib bu ədalətsizliyə. Onu da doğulandan 6 gün sonra qətlə yetirib “Nənə”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva 6 günlük körpənin nənəsi tərəfindən öldürülməsinə münasibət bildirərkən deyib.
Deputat daha sonra qeyd edib ki, bir insan bu qədər qəddar, acımasız necə ola bilər: "6 günlük körpəni əzabla öldürmək... Mən də bəzi insanlar kimi hesab edirəm ki bu “qadın”ı daha da ciddi araşdırmaq lazımdır. Ortaya başqa məsələlər də çıxa bilər. Amma ən ağır cəzanı almalıdır. Ən ağır. Kimsə “sən qadınsan o qadına bir az da olsa acımalısan” deyə düşünərsə yanılır. Çünki 6 günlük körpəni qəddarlıqla öldürən qadın ola bilməz! O qadınlıq adına bir ləkədir, utancdır və layiq olduğu cəzanı almalıdır ki bu cür şeytan ruhuna sahib olanlara da dərs olsun. Amma məsələ sadəcə bununla bitmir. Bəs qız övladına qarşı bu qədər qəddar bir düşüncəyə sahib bu ailənin sizcə düşüncəsi bu dəhşətli hadisədən sonra dəyişəcəkmi? Açığı inanmıram. Bir qadını 4-5 dəfə bir-birinin arxasınca bətnindəki qızdır deyə aborta (bu qədər abortun ana orqanizmi üçün nə qədər zərər olduğunu düşünmədən, bunun nəticəsində həyatını itirə biləcəyinı vecinə almadan) məcbir edən zehniyyətin bundan sonra dəyişəcəyinə o qədər də inanmıram. Nə yeyir, nə içir, hansı dünyada yaşayır bu insanlar ki qız övladına qarşı bu qədər amansızdırlar anlamıram... Nədər? Nədən axı... Nə edib sizə bu qızlar. Ən gərgin, kədərli, xəstə anınızda oğul övladdan da öncə gəlib dərdinizi bölməsi, hər əziyyətinizə qatlanmasıdırmı günahları...
Televiziyalarımızda soulara deyil maarifləndirmə proqramlarının artamasına ehtiyac var. Bu düşüncələri dəyişə bilmək üçün, bu düşüncəyə düşənlərin xətalarını anlamasına vəsilə olan, gənc nəsilləri daha doğru fikir, düşüncə, yanaşmaya səsləyən proqramların artması lazımdır. Hər dəfə deyirik amma təsiri təssüf ki azdır. Hamımız, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, hər rayonda yerli qurumlar, millət vəkilləri, QHT və KİV birlikdə bu cür düşüncələrə qarşı, onları artmaması üçün daha da ciddi mübarizə aparmalıyıq.
Mələk balamıza Allahdan rəhmət diləyirik. Bir qızımızı da qoruya bilmədik. Bizi bağışla Mələk. Sənin çığlıkların qız övladına ikinci sinif insan kimi baxan zehniyyətlərin qəlbinə bir az da olsa təsir edə biləcəkmi deyə bilmərəm... Amma yeni Mələklərin sənin taleyini yaşamaması üçün cəmiyyət olaraq daha da çox çalışacağımıza bir az da olsa ümid edirəm. Mələyin anasına nə ilə təsəlli vermək olar bilmirəm. Onun acısını hər yerdən hiss edə bilərik. Və gələcəkdə bu acını yaşayan qızlarımızın olmamasını istəyiriksə o gün bu gündür. Hər kəs özündən, ətrafından başlamalıdır mübarizəyə. Qız və ya oğlan fərqi yoxdur. Övlad övladdır. Onun sadəcə yaxşısı, pisi var.
Sizi sevirik əziz qızlarımız! Siz Yaradanın ən gözəl hədiyyəsisiniz. Sizi daha da çox qoruyacağıq!".
Oxşar xəbərlər
Aygün Məmmədova: "Mənim ikinci həyat yoldaşımdır"
Aygün Məmmədova:
Sənət İlahi işarədir. Sənətin gücü var. Bir də sənət sahibləri var. O sənət sahibləri ki, sənətinin dəyərini bilir, onun üzərində Читать далее
"DJB.az" saytının rəhbəri Prezidenti təbrik etdi
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda Читать далее
Təbrik edirəm Cənab Prezident!
Təbrik edirəm Cənab Prezident!
İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və Читать далее
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30