» » Hökumət ilə vətəndaş cəmiyyətinin dialoqu üçün yeni platforma yaradıldı

Hökumət ilə vətəndaş cəmiyyətinin dialoqu üçün yeni platforma yaradıldı

Hökumət ilə vətəndaş cəmiyyətinin dialoqu üçün yeni platforma yaradıldı Azərbaycanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması yaradılıb.
Bununla bağlı bu gün vətəndaş cəmiyyətinin təmsilçiləri, hökumət nümayəndələri və Milli Məclisin üzvlərinin iştirakı ilə keçirilən görüşündə memorandum imzalanıb.
Memorandumda qeyd olunur: "Biz aşağıda imza edən vətəndaş cəmiyyətinin təmsilçiləri, hökumət nümayəndələri və Milli Məclisin üzvləri "Açıq Hökumət Tərəfdaşlığı" Təşəbbüsünün Azərbaycanda tətbiqinin genişləndirilməsinin dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın, korrupsiyaya qarşı mübarizədə sosial innovasiyaların tətbiqinin verdiyi töhfələri nəzərə alaraq, hökumət-vətəndaş cəmiyyəti dialoqunun "Açıq Hökumət Tərəfdaşlığı" Təşəbbüsünün Azərbaycanda uğurla tətbiqinə əhəmiyyətli dəstək verəcəyinin zəruriliyini vurğulayaraq, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, "Açıq Hökumət Tərəfdaşlığı" Təşəbbüsünün Azərbaycanda tətbiqinin inkişafına dəstək verilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, bu təşəbbüsün Azərbaycanda tətbiqinə ictimai nəzarətin tətbiq edilməsi, açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsində dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin və fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradıldığını bəyan edirik".
Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Platformasının yaradılması təşəbbüsü cəmiyyət üçün vacib əhəmiyyət kəsb edir.
O bildirib ki, dialoq, əməkdaşlıq hər zaman cəmiyyət üçün faydalıdır və bir çox məsələləri dialoq yolu ilə həll etmək olar.
Şura sədri bildirib ki, Baş Prokuror yanında Korrupsiya Baş İdarəsi, Ədliyyə, Vergilər və Maliyyə nazirliklərinin nümayəndələri də tədbirdə təmsil olunurlar: "Bu qurumlar bundan sonra tərəfdaş kimi Platformada iştirak edəcək. Biz böyük komanda ilə bu Platformanın təsisçiləri olacağıq. Bu gündən sonra QHT-hökumət əməkdaşlığı yeni mərhələyə qədəm qoyacaq”.
Tədbirdə iştirak edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanın üzləşdiyi yeni iqtisadi şəraitdə belə platformanın, dialoqun mühüm əhəmiyyət kəsb etdiyini söyləyib:
"Hökumət və vətəndaş cəmiyyəti arasında dialoq Milli Fəaliyyət Planında da öz əksini tapıb. Bu, islahatlarla bağlı əməkdaşlığı da ehtiva edir. Tədbirdə məqsəd yeni əməkdaşlıq formatının qurulmasıdır. Milli Məclisdə iqtisadi islahatlarla bağlı qanunlar qəbul edilsə də, bu sahədə vətəndaş cəmiyyəti ilə əməkdaşlığımız effektiv deyil. Bu baxımdan memorandumla bu sahədə biz də üzərimizə məsuliyyət götürəcəyik”.
Açıq Hökumət Tərəfdaşlığının Azərbaycan üzrə milli əlaqələndiricisi, millət vəkili Vüsal Hüseynov Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığına 2011-ci ildə qoşulduğunu və bu təşəbbüsün uğurla həyata keçirildiyini xatırladıb.
O, Platformanın yaradılmasının əhəmiyyətli olduğunu bildirib.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930