Главная > sehiyye > Türkiyəli həkimlər Azərbaycanda COVID-19 xəstələrinin müalicəsinə cəlb olundular - RƏSMİ

Türkiyəli həkimlər Azərbaycanda COVID-19 xəstələrinin müalicəsinə cəlb olundular - RƏSMİ


28-07-2020, 14:33. Разместил: djbaz
Türkiyəli həkimlər Azərbaycanda COVID-19 xəstələrinin müalicəsinə cəlb olundular - RƏSMİ

Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında operativ qərargaha verdiyi göstərişə uyğun olaraq, yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə daha bir qrup əcnəbi tibb mütəxəssisi Azərbaycana dəvət edilib.

KONKRET.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, agentliyin təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə sözügedən sahədə çalışan qardaş Türkiyənin “Acıbadem” xəstəxanalar və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunublar.

Onlar koronavirusla mübarizə sahəsində çalışmış və xəstəliyin müalicəsində geniş təcrübə qazanmış yüksək ixtisaslı həkim və tibb bacılarından ibarətdir.

Türkiyədən dəvət edilmiş həkim və tibb bacıları ölkəmizdə koronavirusla mübarizəyə ayrılmış “Yeni Klinika” tibb müəssisəsində olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar.

Onlar koronavirusa yoluxan və ağır simptomları olan xəstələrin müalicəsində yerli mütəxəssislərə dəstək olacaqlar.

Qeyd edək ki, Agentlik ilk günlərdən ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək olur.


Вернуться назад