Главная > sehiyye > TƏBİB: İstəyirik ki, virusa yoluxma idarə ediləcək səviyyədə olsun

TƏBİB: İstəyirik ki, virusa yoluxma idarə ediləcək səviyyədə olsun


25-06-2020, 18:23. Разместил: djbaz
TƏBİB: İstəyirik ki, virusa yoluxma idarə ediləcək səviyyədə olsun

“Operativ Qərargah Nazirlər Kabineti yanında yaradılıb və orada yüksək səviyyəli dövlət rəsmiləri təmsil olunur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, o, Operativ Qərargahın tibb bölməsində təmsil olunur: “Biz ilkin dövrdə virusun ölkədə yayılmasının qarşısını aldıq, müvafiq avadanlıq və ləvazimatları ölkəyə gətirdik. Bugünkü yoluxmanı mart ayında görsəydik, hansı vəziyyətlə üzləşəcəyimizi təsəvvür edə bilmirəm. Bu gün xəstələrin müalicəsi üçün imkanlarımız var. Sadəcə, biz bu gün istəyirik ki, virusa yoluxma nəzarət və idarə ediləcək səviyyədə olsun”.


Вернуться назад