Главная > sehiyye > Azərbaycanda daha bir vəzifəli şəxs COVID-19-a YOLUXDU
Azərbaycanda daha bir vəzifəli şəxs COVID-19-a YOLUXDU25-06-2020, 13:24. Разместил: djbaz |
Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri koronavirusa yoluxub. KONKRET.az xəbər verir ki, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun koronavirusun müəyyən olunması üçün verdiyi testin nəticəsi pozitiv çıxıb. Sahib Məmmədov APA-ya açıqlamasında faktı təsdiqləyib. Koronavirus testinin nəticəsinin iyunun 22-də açıqlandığını, nəticənin pozitiv çıxdığını deyən S. Məmmədov vəziyyətinin o qədər də pis olmadığını bildirib: “İndiyədək evdə müalicə olunsam da, xəstəxanaya müraciət etməyi düşünürəm. Hazırda vəziyyətim o qədər də pis deyil”. Вернуться назад |