Главная > sehiyye > Çində koronavirus artıq bütün ölkəni bürüyüb, yoluxanların sayı 7,7 mini keçib

Çində koronavirus artıq bütün ölkəni bürüyüb, yoluxanların sayı 7,7 mini keçib


30-01-2020, 09:14. Разместил: djbaz
Çində koronavirus artıq bütün ölkəni bürüyüb, yoluxanların sayı 7,7 mini keçib

Çində koronavirus pnevmoniyasından ölənlərin sayı 170-ə çatıb, hazırda 7711 nəfər isə bu virusun daşıyıcısına çevrilib. Artıq Tibet bölgəsində də ilk yoluxma halı qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Çinin səhiyyə məsələləri üzrə dövlət komitəsi məlumat yayıb.

Tibet ölkənin yeni növ koronavirusun səbəb olduğu pnevmoniyanın qeydə alındığı sonuncu bölgəsidir.

Buna qədər bu virusdan 132 nəfərin öldüyü, 5974 nəfərinsə xəstəliyə yoluxduğu deyilirdi.

Sutka ərzində rəsmilər daha 1737 insanın koronavirusa yoluxması, eləcə də 38 nəfərin ölməsi barədə məlumatlar əldə ediblər. Eyni zamanda 124 insan sağalaraq xəstəxananı tərk edib.


Вернуться назад