Главная > sehiyye > Güclü küləyin əsməsi nəticəsində bu saata qədər xəsarət alan olmayıb - Səhiyyə Nazirliyi

Güclü küləyin əsməsi nəticəsində bu saata qədər xəsarət alan olmayıb - Səhiyyə Nazirliyi


17-01-2019, 20:45. Разместил: djbaz
İndiyədək olan məlumata əsasən, Azərbaycanda güclü küləyin əsməsi nəticəsində xəsarət alan və bununla əlaqədar xəstəxanaya müraciət edən olmayıb.

Djb.az bildirir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

S.Əhmədovanın sözlərinə görə, hava şəraitinin kəskin dəyişməsi ilə bağlı tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçiblər. Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib:

"Səhiyyə naziri Respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib. Digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqrammalar göndərilib"
Вернуться назад