Главная > sehiyye > Körpəyə çay vermək olarmı?

Körpəyə çay vermək olarmı?


26-10-2018, 11:33. Разместил: djbaz
Körpəyə çay vermək olarmı?
Qara çay ölkəmizin ən sevilən və ənənəvi içkisidir. Bizdə hətta körpə uşaqlara analar çay verir. Lakin pediatrların fikrinə görə, bu, nəinki düzgündür, hətta uşağın sağlamlığı üçün çox ziyanlıdır.

Mütəxəssislər qara çayı uşağa yalnız 3 yaşdan sonra verməyi tövsiyə edirlər. Çay yalnız təzə dəmlənmiş və açıq olmalıdır. Gün ərzində 1 fincanla kifayətlənmək lazımdır.

Kiçik yaşlı uşaqlarda kofeinlə zəngin olan çay yuxusuzluğa, ağlağanlığa və əsəbiliyə səbəb ola bilər. Böyüklər uçun çayda olan kofeinin miqdarı az olsa da, uşaq üçün bu çoxdur.

Həmçinin çay qidadan dəmirin və zülalların mənimsənilməsini pisləşdirir. Nəzərə alsaq ki, balaca uşaqlara tez-tez dəmirdefisitli anemiya diaqnozu qoyulur bu xüsusilə təhlükəlidir.

Bundan əlavə sidikqovucu təsirə malik olan çay orqanizmdən kalium, kalsium və digər vacib mineralların duzlarını xaric edir ki, bu da uşağın sağlamlığı və inkişafı üçün ziyanlı ola bilər.

Çay büzücü maddələrlə zəngindir. Bu maddələr uşağın mədə və bağırsaqlarına ziyan vura bilər. Həmçinin büzücü maddələr iştahanı azaldır.

Yaşıl çayda qara çayla müqayisədə kofein daha çoxdur. Bu səbəbdən mütəxəssislər uşaqlara yaşıl çayı yalnız 7 yaşdan sonra verməyi tövsiyə edirlər.

Yatmazdan qabaq uşağa çay vermək olmaz. Sidikqovucu və tonuslaşdırıcı təsirlərə malik olan çay əlavə problemlərə səbəb olacaq.

Mütəxəssislərin fikrinə görə, butulkada verilən şirin çay uşaqda kariesin inkişafına səbəb olur.

Ümumiyyətlə pediatrlar uşaqlara çox şirin çay verməyi tövsiyə etmirlər.(Sağlamolun.az)
Вернуться назад