Главная > sehiyye > Bakıda klinika türk həkimləri işə götürdü və adını dəyişdi

Bakıda klinika türk həkimləri işə götürdü və adını dəyişdi


22-05-2018, 13:58. Разместил: djbaz
Bakıda klinika türk həkimləri işə götürdü və adını dəyişdi
Ölkənin ən məşhur özəl klinikası olan “Grand Hospital” adını dəyişib. Klinika bundan sonra “Ege Hospital” kimi fəaliyyət göstərəcək.

Bu barədə Axar.az-a sözügedən klinikanın mətbuat katibi Türkan Məmmədli məlumat verib. Onun sözlərinə görə, klinikada bütün heyət dəyişib:

“Bundan sonra “Grand Hospital” “Ege Hospital” kimi fəaliyyət göstərəcək. Klinikada Türkiyədən gəlmiş mütəxəssislər çalışacaq. Xüsusilə Türkiyənin məşhur “Ege Hospital”ının həkimləri bizim eyni adlı klinikada fəaliyyət göstərəcək”.

T.Məmmədli bildirib ki, klinikanın adını dəyişməsi ilə bağlı mətbuata geniş açıqlama veriləcək.

Qeyd edək ki, sözügedən məşhur klinika paytaxtın Həsən Əliyev küçəsi 38 ünvanında yerləşir.
Вернуться назад