Главная > sehiyye > Azərbaycanda vərəm xəstələrinin sayı azalıb

Azərbaycanda vərəm xəstələrinin sayı azalıb


8-01-2018, 14:17. Разместил: djbaz
Azərbaycanda vərəm xəstələrinin sayı azalıb
Son illər ölkə ərzində ağciyər xəstəliklərinin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur.

Səhiyyə Nazirliyində Oxu.Az-a daxil olan məlumata görə, əgər 2010-cu ildə hər 100 min əhaliyə xəstələnmə göstəricisi 53 təşkil edirdisə, hazırda bu göstərici 39-a qədər azalıb.

Məlumatda qeyd olunur ki, eynilə də ilkin aşkar olunmuş vərəm hallarının sayı 21% azalıb.

Müalicə tədbirlərinin gücləndirilməsi və xəstələrin dərman preparatları ilə təmin olunması nəticəsində ölüm hallarının sayı da azalmaqdadır: 2010-cu ildə 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil etdiyi halda, 2016-cı ildə həmin göstərici 4,6 olunub.

Vərəmin gecikmiş və yayılmış formaların sayında da nəzərəçarpan irəliləyiş əldə edilib. 2010-cu illə müqayisədə bu xəstələrin sayı iki dəfə azalıb (7,6%-dən 3,4 %-ə enib).

Dərmanlara davamlı vərəmin yayılma səviyyəsində də müsbət nəticələr əldə edilib. Əgər 2007-ci ildə bu formalı ilkin xəstələr ölkəmizdə Avropa ölkələri arasında ən yüksək qeyd edilirdisə, hazırda bu göstərici həm ilkin, həm də təkrar xəstələr arasında təxminən iki dəfə azalıb.
Вернуться назад