» » Saday Şəkərlinin səhhətində problem yaranıb

Saday Şəkərlinin səhhətində problem yaranıb

Saday Şəkərlinin səhhətində problem yaranıb
Bu barədə Trend-ə açıqlamasında S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil bildirib ki, S.Şəkərlinin səhhətində yenidən problemlər yaranıb:

“Saday Şəkərli şəkər xəstəliyindən əziyyət çəkir. O, istintaq dövründə də saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında səhhətində problem yarandığı üçün Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmüşdü və bir neçə ay orada müalicə olunmuşdu. Yenə də onun səhhətində problem yaranıb. Bu səbəbdən onun Müalicə Müəssisəsinə köçürülməsini istəyirik. Bununla bağlı Penitensiar Xidmətə müraciət etmişik. Hələlik müraciətə cavab verilməyib”.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakini S.Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan, faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfinin qərardan verdiyi kassasiya şikayətini Ali Məhkəmə təmin etməyib.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031