» » Baş cərrah: "Azərbaycanda icra olunan cərrahiyyə əməliyyatlarının 0,2%-i ölümlə nəticələnir"

Baş cərrah: "Azərbaycanda icra olunan cərrahiyyə əməliyyatlarının 0,2%-i ölümlə nəticələnir"

Baş cərrah: "Azərbaycanda icra olunan cərrahiyyə əməliyyatlarının 0,2%-i ölümlə nəticələnir" Azərbaycanda icra olunan 180 min cərrahiyyə əməliyyatının yalnız 0,2%-i ölümlə nəticələnir. Bakı Sağlamlıq Mərkəzinin direktor müavini, respublikanın baş cərrahı Hacıqulu Bağırov bildirib ki, bu, inkişaf etmiş Avropa ölkələri ilə eyni göstəricidir: “Təbii ki, bu sahədə heç bir problemin olmadığı deyə bilmərik. Ağır xəstələr müalicə olunursa, burada müəyyən problemlər ortaya çıxa bilər. Amma bunların da qarşısı alınır və öz həllini tapır. Bu gün də ölkədə bütün növ cərrahi əməliyyatlar icra olunur. Bu da əməliyyatların da bir çoxu Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir".
Baş cərrah qeyd edib ki, Bakı Sağlamlıq Mərkəzi laporaskopiya əməliyyatlarının geniş çeşiddə həyata keçirildiyi mərkəz hesab edilir.
Onun sözlərinə görə, bu gün elə bir patologiya yoxdur ki, onun cərrahlar tərəfindən aradan qaldırılması mümkün olmasın.


Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031