» » Son 10 ildə Azərbaycanda talassemiyadan ölənlərin sayı 5 dəfə azalıb

Son 10 ildə Azərbaycanda talassemiyadan ölənlərin sayı 5 dəfə azalıb

Son 10 ildə Azərbaycanda talassemiyadan ölənlərin sayı 5 dəfə azalıb
Respublika Talassemiya Mərkəzində (RTM) talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son 10 ildə bu xəstəlikdən ölüm göstəricisi 5 dəfə azalıb.

Djb.az xəbər verir ki, Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, hazırda 2800-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır. RTM-də irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası əməliyyatına başlanandan bu günə qədər 42 uşağa, o cümlədən 30 talassemiyalı, 12 onkohematoloji xəstəyə ilik köçürülüb. Bu xəstələrdən ən kiçiyinin 2, ən böyüyünün 19 yaşı olub.

Qeydiyyatda olan 1541 hemofiliyalı xəstəyə Dövlət Proqramı çərçivəsində göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, faktor preparatları ilə davamlı təminat nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən ölüm hallarının azalmasına nail olunub
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031