dini radikalizm və ekstremizmlə mübarizə

Koronavirusa bənzər xəstəliklərin artacağı barədə qorxunc PROQNOZ


Heyvanlardan insana ötürülən zoonoz xəstəliklər dünyada sürətlə yayılmağa başlayıb.

Bu barədə BBC mediakorporasiyası BMT ekspertlərinə istinadən xəbər verir.

Alimlərin fikrincə, koronavirusa bənzər xəstəliklər ət istehlakının yüksək səviyyədə olması, kənd təsərrüfatında irrasional praktika və iqlim dəyişikliyi səbəbindən daha tez-tez meydana çıxır.

Mütəxəssislər zoonoz xəstəliklərin hər il təxminən iki milyon insanın ölümünə səbəb oduğunu güman edirlər. Belə ki, “Ebola” və “Qərbi Nil qızdırması” da heyvanlardan insana ötürülən viruslardır.

Alimlərin fikrincə, son iki onillikdə bu cür xəstəliklərin epidemiyaları qlobal iqtisadiyyata 100 milyard dollar ziyan vurub.

Daha əvvəl alimlər bildirmişdilər ki, xəstəliklərin vəhşi təbiətdən insanlara ötürülməsi və sonra dünyada yayılması üçün bəşəriyyət “ideal şərait” yaradıb: ekosistemlərin aktiv transformasiyası, xüsusən meşələrin qırılması insanların yeni viruslara yoluxmasına imkan yaradır.

Oxunub: 620
Oxşar xəbərlər
SON XƏBƏRLƏR