dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda məşhur müğənninin bacısı koronavirusa yoluxdu

Azərbaycanda məşhur müğənninin bacısı koronavirusa yoluxdu

“Koronavirus bizim ailədən də yan keçmədi. Bacım virusa yoluxub, indi ev şəraitində müalicə alır”.

KONKRET.az-ın xəbərinə görə, bunu açıqlamasında Əməkdar artist Gülüstan Əliyeva deyib.

Müğənni bacısına görə narahat olduğunu bildirib: “Bacımın vəziyyəti əvvəl ağır idi, indi səhhəti düzəlib. Evdə müalicələrini davam etdirir. Neçə vaxtdır ki, başımız ona qarışıb. Mən özüm də qorunuram. Tibbi maska taxıram, əlcək geyirəm. Spirt həmişə çantamda olur. Doğrudur, bacımın koronavirusa yoluxması əhvalımıza təsir edib. Amma son günlər sağalma müşahidə edilir, bu səbəbdən tezliklə əvvəlki vəziyyətə qayıdacağına ümid edirik”.

Oxunub: 780
Oxşar xəbərlər
SON XƏBƏRLƏR