» » ÜST Avropada koronavirusun yeni dalğasının başladığını elan edib

ÜST Avropada koronavirusun yeni dalğasının başladığını elan edib

ÜST Avropada koronavirusun yeni dalğasının başladığını elan edib

Ötən həftə Avropada son bir neçə ay ərzində ilk dəfə yeni növ koronavirus infeksiyasına yoluxma hallarının artdığı qeydə alınıb.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüqe bildirib.

Onun sözlərinə görə, son iki həftə ərzində regionun 30 ölkəsində COVID-19-la bağlı üzücü dinamika müşahidə edilib. Onların 11-də virusun sürətlə yayılmasının epidemiyanın yenidən başlamasına səbəb ola biləcəyi ehtimal olunur. Təşkilatın nümayəndəsi bildirib ki, bu proses dayandırılmazsa, bu, Avropa ölkələrinin səhiyyə sistemlərini yenidən “uçuruma aparacaq”.

Klüqe qeyd edib ki, dövlətlər məhdudiyyətləri aradan qaldırdıqca, xəstəliyə yeni yoluxma riski artır: “Avropanın bəzi ölkələrində bu risk artıq reallığa çevrilir”.

Bununla yanaşı, Klüqe Polşa, Almaniya, İspaniya və İsrail rəhbərliyinin yeni yoluxma hallarının sayının artmasına cəld reaksiya verdiyini də bildirib. O, avropalıların sosial məsafə və maskadan istifadə kimi qoruyucu tədbirlərə daha məsuliyyətli yanaşdığını da qeyd edib.

Qeyd edək ki, Avropada koronavirusa yoluxanların sayı 2,6 milyona çatıb, 190 mindən çox insan bu virusun qurbanına çevrilib. //Apa.az
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031