dini radikalizm və ekstremizmlə mübarizə

Daha 2 xəstəxana da ancaq koronaviruslu xəstələri qəbul edəcək


Azərbaycanda koronavirusa yoluxanların sayında son günlərdə artım olduğu üçün gündəlik xəstələrə xidmət edən xəstəxanalar da koronavirus üçün ayrılıb.

Bu gündən Ucar və Göyçay rayon mərkəzi xəstəxanaları da karantin xəstəxanasına çevrilib və yalnız koronaviruslu xəstələri qəbul edəcək.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məlumatı təsdiqləyib.

Qeyd edək ki, bu gün “Semaşko” xəstəxanası da karantin üçün ayrılıb. Bundan başqa da digər bir neçə rayonda da xəstəxanalar karantin üçün ayrılıb.

Oxunub: 641
Oxşar xəbərlər
SON XƏBƏRLƏR