dini radikalizm və ekstremizmlə mübarizə

COVID-19-un müalicəsində effektli dərman tapıldı


Britaniya alimlərinin apardığı tədqiqat nəticəsində kortikosteroid deksametazonun istifadəsinin COVID-19-un müalicəsində effektli təsiri müəyyən edilib.

KONKRET.az xəbər verir ki, bu məqsədlə Böyük Britaniyanın 175 xəstəxanasında 11,5 min xəstənin iştirakı ilə araşdırma aparılıb.

TASS xəbər verir ki, “Deksametazon” infeksiya sonrası ağır tənəffüs ağırlaşmaları olan xəstələr arasında ölümü azaltmağa imkan yaradır.

Tədqiqatın aparıcı professoru Piter Horbinin sözlərinə görə, ucuz dərman olan “Deksametazon” COVİD-19 ağırlaşmalarında ölümü üçdə birə qədər azaldan ilk dərmandır.

Oxunub: 612
Oxşar xəbərlər
SON XƏBƏRLƏR