dini radikalizm və ekstremizmlə mübarizə

Uşaqlar arasında koronavirusun yeni əlaməti ortaya çıxdı

Uşaqlar arasında koronavirusun yeni əlaməti ortaya çıxdı

COVID-19-un geniş yayıldığı Böyük Britaniyada virusa yoluxan uşaqlar arasında yeni əlamətlər aşkarlanıb.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, krallıqda uşaqlar arasında koronavirusla bağlı bədənin müxtəlif hissələrində səpmələr və kütləvi iltihab halları yayılıb. Ölkənin Milli Səhiyyə Xidməti bununla bağlı bütün xəstəxanalara xəbərdarlıq edib. Son 3 həftədə yüksək hərarətlə müşayiət olunan və kütləvi olaraq uşaqlar arasında rast gəlinən bu iltihab halları reanimasion müdaxilə tələb edir. Buna görə də xəstəxanaların reanimasiya şöbələrində çarpayı çatışmazlığına qarşı hazırlıqların görülməsi tövsiyə olunub.

Oxunub: 852
Oxşar xəbərlər
SON XƏBƏRLƏR