dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda daha 6 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycanda daha 6 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycanda 6 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Operativ Qərargahdan APA-ya verilən xəbərə görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

Hazırda Azərbaycanda 27 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.

Oxunub: 567
Oxşar xəbərlər
SON XƏBƏRLƏR