dini radikalizm və ekstremizmlə mübarizə

Koronavirusa yoluxan və ölənlərin sayı Açıqlanıb

Koronavirusa yoluxan və ölənlərin sayı Açıqlanıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 7-nə olan məlumatı açıqlayıb.

Son 24 saat ərzində Kolumbiya, Müqəddəs Taxt-Tac, Peru, Serbiya və Toqoda koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb. Bununla da xəstəliyin qeydə alındığı ölkələrin sayı 93-ə çatıb.

Martın 7-də dünyada 3 min 735 nəfər koronavirusa yoluxub və beləliklə dünyada koronavirusa yoluxanların sayı 101 min 927 nəfər olub.
Ötən gün Çində 102 nəfərdə virusa yoluxma aşkarlanıb və bununla da ölkədə koronavirusa yoluxanların sayı 80 min 813 nəfər olub. Martın 7-də Çində 28 nəfər bu xəstəlikdən həyatını itirib. Nəticədə Çində koronavirus qurbanlarının sayı 3 min 73 nəfər olub.

Martın 7-də digər ölkələrdə isə 3 min 633 nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb. Bununla da Çin istisna ilə, digər ölkələrdə koronavirus qurbanlarının sayı 413 nəfərə çatıb./Apa

Oxunub: 600
Oxşar xəbərlər
SON XƏBƏRLƏR