Çinin iqtisadi artım tempi 2020-ci ilin I rübündə ölkədə yayılan koronavirus səbəbindən 5%-ə yaxın, hətta bundan bir qədər az təşkil edə bilər.
"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bunu Çin Elmlər Akademiyasının iqtisadçısı Çjan Minq deyib.
"2020-ci ilin ilk rübündə ÜDM-in artım tempi təxminən 5%-ə təşkil edə bilər. Həmçinin, koronavirusun yayılması səbəbindən iqtisadi artım tempi 5%-dən aşağı olacağı da istisna edilmir", - deyə iqtisadçı bildirib.
Qeyd edək ki, 2019-cu ildə Çin iqtisadiyyatının artım tempi 6,1%-dək yavaşlayıb. Ötən il ölkədə 99,086 trln. yuan (təxminən 14,4 trln. ABŞ dolları) dəyərində ÜDM istehsal olunub. İlin sonunda qeydə alınan ÜDM-in artım tempi ölkə hökumətinin 6-6,5% səviyyəsində müəyyən edilmiş hədəf səviyyəsində olub.
Oxunub: 559