dini radikalizm və ekstremizmlə mübarizə

Almaniyada daha 3 nəfər koronavirusa yoluxub

Almaniyada daha 3 nəfər koronavirusa yoluxub

Almaniyanın Bavariya əyalətinin Səhiyyə İdarəsi çərşənbə axşamı daha 3 nəfərin koronavirusa yoluxduğunu açıqlayıb.

APA Sputnik-ə istinadən xəbər verir ki, həmin şəxslər bu virusa ilk dəfə həftənin bazar ertəsi Bavariyada qeydə alınmış çinli qadından yoluxublar.

Xəstələr karantin və tibbi nəzarət altına alınıb.

Almaniya səhiyyə rəsmilərinin sözlərinə görə, yeni yoluxmuş insanlar çinli qadınla birlikdə işləyiblər.

Bavariya rəhbərliyi hazırda 40 nəfərə yaxın şəxsin nəzarət altında saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, koronavirusu Çinin mərkəz hissəsində yerləşən Uhan şəhərində 2019-cu ilin dekabrında meydana gəlib və o vaxtdan bəri digər ölkələrə yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun Çində yüzdən çox insanın ölümünə baxmayaraq, hələ də qlobal bir təhlükə hesab etmir.

Son məlumatlara görə, Çində koronavirusa yoluxanların rəsmi sayı hazırda 4333 nəfərdir.

Oxunub: 591
Oxşar xəbərlər
SON XƏBƏRLƏR