dini radikalizm və ekstremizmlə mübarizə

ATU I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d. T.Ömərov mötəbər kongresin beynəlxaq işlər üzrə katibi olaraq seçilmişdir


Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, ATU I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d. T.Ömərov Oktyabr ayının 17-20 tarixlərində Antalya şəhərində keçirilən 6th National and 5th Mediterranean Metabolic Diseases Congress-ində Eyni zamanda 1st National Metabolic and Bariatric Surgery Dietetics Congress və 31 st İnternational Bariatric Club Symposium-da iştirak və çıxış etmişdir . DÜNYANIN 20 dən çox ölkəsindən gələn 1000 dən çox içtirakçı və 50-dən çox çıxışının arasında, Vətənimiz təmsil edən iştirkaçı və çıxış edənlərin olması artıq Səhiyyə sektorunda bu sahənin sürətli inkişafının bariz nümunəsidir. Bu kongres təmsil olunan vətən alimlərin çıxışları ilə yanaşı olaraq elmi panellərdə aktiv idari fəaliyyətləri ilə seçilmişdirlər.
Kongresdə eyni zamanda A.M.E.A-nın müxbir üzvü professor N. Bayramov.(elmi panel idarəçi), ATU I cərrahi xəstəliklər kafedrası t.ü.f.d.T.Ömərov kongresin beynəlxalq işlər üzrə katibi, panel idarəçi və çıxışçı, ATU II cərrahi xəstəliklər kafedrası t.ü.f.d.E.Abdinov panel idarəçi və çıxışçı, ATU III cərrahi xəstəliklər kafedrası t.ü.f.d.E.Nəbiyeav çıxışçı, Dr Elşad Rzayev çıxışı, Dietoloq T.Zeynalova Çıxışçı və dietoloq İ.Şamilov Çıxışı qismində iştirak edərək təmsil olunmuşdular.
Çox önəmli məqamlardan biridir ki, t.ü.f.d. T.Ömərov belə bir mötəbər kongresin beynəlxaql işlər üzrə katibi olaraq seçilmişdir.Onun sözlərinə görə bu işin ona həvalə olunması qürurverici faktordur və o da öz növbəsidə ölkəmizdə bu sahədə tək əməliyatlarla yox eyni zamanda elmi işlərlədə gündəmdə olan tərəfdaşlarına tədbirdə çıxış üçün yer ayırmışdır. Həmçinin Xəzəryanı dövlətlərin Türkdilli xalqlarının Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan bariatrik cərrahlarına da bu kongresdə yer ayırrmışdır.T.Ömərovun sözlərinə görə bu dövlətlərdə bariatrik cərrahiyyə yeni yeni vüsət almaqdadır və bizim onlara dəstəyimiz gələcəkdə Xəzəryanı Türk Xalqlarının dərnək olaraq fəaliyyət göstərməsində rolu ola bilər.
Yanaşı olaraq qeyd etmək istərdik ki. ATU I cərrahi xəstəliklər kafedrasının əməkdaşı t.ü.f.d. T.Ömərov kongresdə təşkil olunmuş 31 st İnternational Bariatric Club Symposium-da expert panelində şıxış etmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, bu dərnək 2016 cı ilədn rəsmi olaraq Oxford Universitetinin nəzdində yaradılmışdır və T.Ömərov bu klubun elmi panellər üzrə expertləri sirasına daxildri.

“Bu kongresdə təmsil olunan 20 dövlətdən biridə Bizim doğma Azərbaycanımızdır və bu "Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Dərnəyi"-nin son 6 ildə gördüyü işin nəticəsidir.Piylənmənin və metabolik xəstəliklərin Cərrahi müalicəsindən bəhs edən bi kongresdə Bariatrik-Metabolik cərrahiyyə sahəsində tanınan 1000 dən artıq mütəxəssis iştirak edib və 50-dən çox bu sahənin öndə gedən mütəxəssisləri çixiş etmişdir . Bu çıxışlardan bir çoxu da bizə aiddir ki, artıq 5 ildİr ki, üzərində işlədiyimiz baraitrik-Metabolik cərrahiyyə metodlarından ən çox tətbiq edilən Mədənin boylama rezeksiyası - el arasında mədə kiçiltmə kimi tanınan - (Sleeve gatsrectomy) əməliyyatın modifikasiyasından bəhs edən " VİDEOE - SLEEVE GASTRECTOMY COMPLİKASYONLARI NASIL ÖNLERİZ - GÜVENLİNYOL HARİTASI" və "BAŞARISIZ SLEEVE GASTRECTOMY SONRASI RE-SLEEVE GASTRECTOMY - 26 HASTADAN ÖYRENDİKLERİMİZ- adlı çıxışlarımız olmuşdur.Eyni zamanda digər iştirakçılarında çıxışları rəğbətlə qarşılandı, çünki xəzər dənizi ətrafı dövlətlər arasında bu sahə üzrə İran, Rusiya kimi dövlələrlə müqayisədə ən gənc olmağımıza baxmayaraq son illərdə apardığımız işlər təqdirəlayiqdir. Çıxışlar bütünlükdə maraqla qarşılandı bunun izahı olaraq demək olar ki bu sahənin cərrahi ağırlaşmalarının qarşısının alınmasında bu gün dünyada çoxlu sayda araşdırmalar var və çıxışların kongresin akademik gündəliyində kongresin elmi idarə heyəti tərəfindən seçilməsi məhz buna dəlalət edir. Biz milli dərnək olaraq bu konfransda Dünya şöhrətli Professorların işləri, həmçinin Bariatrik-Metabolik cərrahiyyənin müasir nailiyyətləri ilə yaxından tanış olduq və eyni zamanda öz təcrübələrimizə dair fikir mübadiləsi apardıq. Biz artıq 2015 ci ildən başlayaraq Beynəlxaq kongreslərdə müxtəlif növ çıxışlar edərək bu sahənin Dövlətimizdəki inkişafından bəhs edirik. Düşünürük ki, önümüzdəki Beynəlxalq tədbirlərdədə Bariatrik-Metabolik Cərrahiyyə sahəsində aparılan işlər barəsində geniş məlumatlar verib təcrübə mübadiləsi apararaq bu sahəni Ölkəmizdə daha da irəli getməsinə nail olacağıq. Bu sahədə Mədənin Boylama Rezeksiyasının (Sleeve gastrectomy) nəticələrinin daha da yaxşılaşdırılması ilə əlaqəli olaraq son 5 ildə gördüyümüz işlərin nəticəsindən bəhs edən çixişimiz dinləyicilər tərəfindən maraq doğurdu. Çünki, bilirik ki, Bariatrik-Metabolik Cərrahiyyə bir əməliyyat növündən ibarət deyil. Burada əgər uğurlu nəticə əldə etmək istəyiriksə pasientə individual olaraq yanaşaraq bir çox tibbi səbəblərin varlığından dolayı müxtəlif əməliyyat növləri tətbiq etməsək qənaətbəxş nəticə əldə edə bilmərik. Mədənin Boylama Rezeksiyası (Sleeve gastrectomy) əməliyyatı digər metodlarla müqayisədə daha asan və yeni başlayan cərrahlar üçün daha praktik tətbiq olunan bir əməliyyatdır. Amma bu metodun da özünün müəyyən dezavantajları var. Bunları aradan qaldırmaq və nəticələri optimallaşdırmaq üçün bu metodun modifikasiyasına həsr etdiyimiz elmi işimizin əsas məğzində duran yeniliklərdən bəhs edən çixişimiz diqqətsiz qala bilməzdi. Sevindirici Haldır ki, MDB məkanında olan Xəzəryanı dövlətərdə, Qafqazda və Orta Asiya dövlətlərində Azərbaycan Bariatrik-Meatbolik Cərrahlar Dərnəyi artıq 5 ildir ki, fəaliyyət göstərir və adı çəkilən bu dövlətlər arasında ilk dəfə bizim Respublikamızda bu iş başlayıb.Bunun Bariz nümünəsidir ki, bu il biz artıq Respublikamzıda 5 - cü Beynəlxalq Bariatrik-Metabolik Cərrahlar Dərnəyinin Kongresini keçirdik. Bu möhtəşəm Kongresi də Azərbaycan Bariatrik-Metabolik cərrahiyyəsini təmsil edərək başa vurduq. ” Öz təəsüratların bölüşən dərnək sədri Kongresin işini çox yüksək qiymətləndirək sonda xüsusi olaraq qeyd etdi ki, dünyada 2018-20019 cu illərdə ortalama 834000 müxtəlif növ bariatrik-metabolik cərrahi əməliyyatlar aparılmışdır ki, bunlardan 390000 (47%) mədənin boylama rezeksiyası (Sleeve gastrectomy) əməliyyatıdır. Ölkəmizdədə son 6 ildə 3000 -ə yaxın Bariatrik_metabolik cərrahi əməliyyatlar aparılmışdır ki, bunlardan təxminən 80-85% mədənin boylama rezeksiyası (Sleeveg gastrectomy) əməliyyatıdır.

Oxunub: 2 575
Oxşar xəbərlər
SON XƏBƏRLƏR