» » Tibb elmində MÖCÜZƏ: 14 il əvvəl..

Tibb elmində MÖCÜZƏ: 14 il əvvəl..

Tibb elmində MÖCÜZƏ: 14 il əvvəl..
9 yaşında xəstəliyi səbəbindən yumurtalıqlarından biri dondurulan 24 yaşlı qadın ana olub.
DJB.az Publika.az-a istinadən xəbər verir ki, İngiltərədə baş verən bu hadisə tibb elmində bir ilk hesab edilir.
Belə ki, ilk dəfə yetkinlik yaşında yumurtalığı dondurulan bir qadın gənc yaşda ana ola bilir.
Moaza əl-Matroossi adlı qadının yumurtalığının dondurulma səbəbi isə talassemiya xəstəsi olmasıdır. Onun qəbul etdiyi kimyaterapiyanın sonsuzluq yaradacağını düşünən həkimlər bu üsulu seçib.14 il ərzində onun yumurtaları mənfi 196 dərəcədə qorunub.
Süni mayalanma ilə hamilə qalan qadın bu günlərdə ilk övladını dünyaya gətirib. Həkimlər qadının istədiyi vaxt yenidən ana ola biləcəyini açıqlayıb.
Moazanın müalicəsi yetkinlik yaşında kimyaterapiya qəbul edən sonsuz qalma təhlükəsi ilə qarşı-qarşıya olan xəstələr üçün də bir ümid olub. Onun dünyya gətirdiyi uşaq isə “möcüzə uşaq” adlandırılır.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031