» » Bakı-2019 məkanlarında təcili yardım briqadalarına idmançılar tərəfindən 6 müraciət olub

Bakı-2019 məkanlarında təcili yardım briqadalarına idmançılar tərəfindən 6 müraciət olub

Bakı-2019 məkanlarında təcili yardım briqadalarına idmançılar tərəfindən 6 müraciət olub

Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci günündə idman məkanlarında növbətçilik edən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, müraciətlərdən 5-i xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yardım ediblər. 18 yaşlı türkiyəli basketbolçu sol diz oynağının travması ilə müraciət edib. Onu Təcili Tibbi yardım briqadası Kliniki Tibbi Mərkəzə çatdırıb. İdmançı yardım edildikdən sonra buraxılıb. Vəziyyəti normaldır.
Oxşar xəbərlər
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031