» » Talassemiya Mərkəzində bu il kiçik yaşlı uşaqlar arasında xəstəlikdən ölüm halı qeydə alınmayıb

Talassemiya Mərkəzində bu il kiçik yaşlı uşaqlar arasında xəstəlikdən ölüm halı qeydə alınmayıb

Talassemiya Mərkəzində bu il kiçik yaşlı uşaqlar arasında xəstəlikdən ölüm halı qeydə alınmayıb
"Respublika Talassemiya Mərkəzinə ayda 1000-1200, ildə 10 000 vahid qan daxil olur və istifadə olunur".
DJB.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.
O bildirib ki, Respublika Qan Bankı mütəmadi olaraq Talassemiya Mərkəzini qanla təmin edir və bu sahədə problem yaşanmır.
Direktor onu da əlavə edib ki, irsi qan xəstəliyi olan talassemiyanın gedişatı ağırdır: "Xəstəliyin gedişatında həkimlərlə yanaşı, valideynlərin də üzərinə çox məsuliyyət düşür. Əgər valideynlər övladlarını vaxtlı-vaxtında müalicə etdirməzsə, müayinə-müalicələr aparılmazsa, xəstəni itirmə halı tezləşə bilər. Bu il ərzində Talassemiya Mərkəzində kiçik yaşlı uşaqlar arasında xəstəlikdən ölüm halı qeydə alınmayıb".
Qeyd edək ki, Talassemiya Mərkəzində 17 yaşınadək olan uşaqlar müalicə alır.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031