dini radikalizm və ekstremizmlə mübarizə

Bir ailənin üç uşağı zəhərləndi - ŞƏKİDƏ

Bir ailənin üç uşağı zəhərləndi - ŞƏKİDƏ
Şəkidə bir ailənin üç azyaşlı övladı dəm qazından zəhərlənib.

ATV.az xəbər verir ki, hadisə Şəki şəhəri, Sabit Rəhman küçəsi ev 34 ünvanında baş verib. Üç azyaşlı- 2016-cı il təvəllüdlü Duyğu Tural qızı Məmmədova, 2010-cu il təvəllüdlü Elvin Eldar oğlu Atayev və 2006-cı il təvəllüdlü Ülkər Eldar qızı Atayeva zəhərlənmə əlamətləri ilə Şəki Rayon Uşaq Xəstəlikləri xəstəxanasına daxil olublar. Müayinə zamanı onların yaşadığı evin mətbəxində dəm qazından zəhərlənmələri məlum olub. Belə ki, uşaqların anasının həkimlərə verdiyi məlumata görə, uşaqları çimdirdikdən sonra soyuq olmasın deyə evin mətbəxindəki qaz piltəsini yandıraraq mətbəxi isitmək istəyib. Biq qədər sonra uşaqlarda zəhərlənmə əlamətləri büruzə verib. Həkim müdaxiləsindən sonra uşaqların vəziyyəti stabilləşib. Hazırda onların müalicələri xəstəxanada davam edir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 737
Oxşar xəbərlər
SON XƏBƏRLƏR