» » Mədə-bağırsaqdan qaynaqlanan dəri xəstəlikləri – Psoriaz, dermatit, seboreya...

Mədə-bağırsaqdan qaynaqlanan dəri xəstəlikləri – Psoriaz, dermatit, seboreya...

Mədə-bağırsaqdan qaynaqlanan dəri xəstəlikləri – Psoriaz, dermatit, seboreya...
Həzm sistemi, mədə-bağırsaq xəstəlikləri dərinin vəziyyətinə ilk növbədə və ciddi təsir edir. Dərinin zədələri, qaşınması, səpkilər həzm sistemi pozulmaları ilə əlaqələndirilir.

Bu təsirin mövcudluğu ilk dəfə 1759-cu ildə dərc olunmuş tibbi ədəbiyyatda qeyd olunub. Mədə-bağırsaq xəstəlikləri zamanı makro və mikroutrientlərin defisiti yaranır ki, bu da dəri səthində büruzə verir.

Bağırsaq tərəfindən lazımi mikroelement və vitaminlərin sovrulmasının pozulması, xüsusən sink, dəmir, A, PP vitaminlərinin mənimsənilməsinin azalması baş dərisində, saç follikullarında, ayaq və əl dərisində, ağız boşluğu selikli qişasında yaralar, qanamalar, düyünlər, səpkilərlə özünü göstərir.

Məsələn, PP vitamini defisitində dermatit, hiperpiqmentasiya yaranır.

Xüsusən sink sovrulmasının pozulması açıq kliniki əlamətlərlə dəridə görünür.
Bağırsaq pozulması, diareya uşaqlarda və böyüklərdə dermatitə səbəb olur.
Xüsusən bu əlamətlər körpə ana südündən kəsiləndən sonra başlayır, çünki ana südü sinkin mənbəyi idi.
Eləcə də enteropatik akrodermatit Çeliaki xəstəliyi üçün də xarakterikdir.
Bu hallarda sink tərkibli preparatların təyini mütləqdir.

Uşaq və gənclərdə çox rast gəlinən seboreya dermatiti, yağlı –kəpəkli baş dərisi bağırsaqdan mis sovrulmasının pozulması və orqanizmdə mis defisitindən qaynaqlanır.

Bu zaman uşaqda psixomotor, nevroloji pozuntular başlayır, epileptik tutmalar olur. Bu defisiti yaşayan insanın saçları qarışır, codlaşır, ağarır, fil sümüyü rəngi alır.
Çeliaki xəstəliyində dəridə allergik reaksiyalar, ocaqlı alopesiya, psoriaz, dermatomiozit, dəri vaskuliti, eritema, ixtioz qeyd olunub.
Qida allergiyasında da prosesə dəri, mədə-bağırsaq, tənəffüs orqanları qoşulur.
Bağırsaqların iltihabı, xora xəstəliyi, Kron və xoralı kolitdə də xəstələrin 20%-də dəridə zədələnmələr, düyünlü eritema, qanqrenoz piodermiya müşahidə olunur.
Ona görə də uşaqda və gənclərdə kəskin gedişatlı dəri xəstəlikləri başladıqda mütləq mədə-bağırsaq sistemi, bağırsaqların elementləri mənimsəmə qabiliyyəti, eləcə də müxtəlif elementlərin defisiti yoxlanmalıdır. Bu hallar nəzərə alınmadan xaricdən dəriyə müdaxilə etməklə olunan müalicələr effektsiz olacaq.
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031