dini radikalizm və ekstremizmlə mübarizə

“Donuz qripi” təhlükəsi fevralda artacaq - Qonşu ölkədə xəstəxanalarda iş rejimi dəyişdirilib

Gürcüstanda donuz qripindən virusundan ölənlərin sayının 17 nəfərə çatması və 40 nəfərin vəziyyətinin ağır olması səbəbindən xəstəxanalarda iş rejimi dəyişdirilib.

ATV.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə nəzarət və ictimai sağlamlıq milli mərkəzinin sədri Amiran Gamğrelidze məlumat verib. O bildirib ki, hazırda bu virusa yoluxan 800 nəfərədək vətəndaş xəstəxanalarda müalicə alır. “Onlardan 40-nın vəziyyəti ağırdır. Son 20 gün ərzində qrip virusu ilə bağlı müaricət edənlərin sayının azaldığını müşahidə edirik. Ancaq fevral ayında yenidən virusun artacağını düşünürük. Buna görə də böyük şəhərlərdə, eləcə də bölgələrdə fəaliyyət göstərən xəstəxana və ambulator müsəssisələrə 24 saatlıq iş rejimi tətbiq ediləcək. Hökumət də bütün qabaqlayıcı tədbirləri görüb. Artıq 40 min nəfər dövlət xəstəxanalarında peyvənd olunub”-sitatın sonu.

Oxunub: 820
Oxşar xəbərlər
SON XƏBƏRLƏR