» » Xəstəxanada növbə gözləyən pasiyent vaxtını daha səmərəli keçirə bilər

Xəstəxanada növbə gözləyən pasiyent vaxtını daha səmərəli keçirə bilər

Təzyiq, nəbz və çəkinin ölçülməsi sayəsində tibbi personal bu kimi adi işləri yerinə yetirmək əvəzinə daha əhəmiyyətli məsələlərə diqqət ayıra biləcək. Belə ki, Belçikanın “BeWell” şirkətinin hazırladığı qurğu həkim qəbulundan öncə ilkin tibbi müayinədən keçməyə imkan verir.

ATV.az “hi-news.ru” saytına istinadla xəbər verir ki, “WellPoint” adlanan qurğu lazımi işləri kənar müdaxilə olmadan yerinə yetirir. O, bütün işlərə təxminən üç dəqiqə sərf edir. Tibb bacısına isə bunun üçün daha çox vaxt lazımdır. Müayinədən keçmək üçün pasiyent stendin yanında oturaraq ona tibb kartını göstərməli, əlini təzyiqi ölçən cihaza daxil etməklə aparatı aktivləşdirməlidir.

İstehsalçılar bildirirlər ki, “WellPoint” gələcəkdə qan analizləri götürəcək və onda şəkərin səviyyəsini ölçəcək. Stendin illik xidməti tibbi müəssisəyə təxminən səkkiz min ABŞ dollarına başa gələcək.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31