dini radikalizm və ekstremizmlə mübarizə

Alpinistlərlərin meyiti üzərində travma aşkarlanmayıb - Səhiyyə Nazirliyi

Alpinistlərlərin meyiti üzərində travma aşkarlanmayıb - Səhiyyə Nazirliyi
Qubada tapılan alpinistlərlərin meyitlərinin üzərində heç bir travma - sınıq, xəsarət və travma izi aşkar edilməyib.

Bu barədə Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, hazırda meyitlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bakı şəhərində yerləşən laborator şöbələrində müayinələr aparılır. Müayinələr başa çatdıqdan sonra müvafiq rəy tərtib ediləcək və nəticələr Quba rayon Prokurorluğuna təqdim ediləcək.

Alpinistlərin dəqiq ölüm səbəbləri isə müayinələr başa çatdıqdan sonra məlum olacaq.

Qeyd edək ki, 2017-ci dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib.

Oxunub: 775
Oxşar xəbərlər
SON XƏBƏRLƏR