» » Bakıda qadın plastik əməliyyatın qurbanı oldu-YENİLƏNİB

Bakıda qadın plastik əməliyyatın qurbanı oldu-YENİLƏNİB

Bakıda qadın plastik əməliyyatın qurbanı oldu-YENİLƏNİB
Bakıda “Stimul Hospital”da xəstənin plastik əməliyyat zamanı dünyasını dəyişməsi hadisəsi fevral ayında qeydə alınıb.

Bu haqda Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata əsasən bildirilib ki, əməliyyat olunan Quliyeva Yeganə Fəxrəddin qızının ölümü fevralın ayının 14-də baş verib:

“Meyit üzərində aparılan məhkəmə-tibb ekspertizasının nəticələri Bakı Şəhər Prokurorluğu və Sabunçu rayon prokurorluğuna təqdim edilib. Hazırda istinaq aparılır”.

***

Bakıda daha bir xəstə əməliyyat masasında dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, hadisə bir müddət öncə Sabunçu rayonu ərazisində fəaliyyət göstərən “Stimul Hospital”da baş verib.

Həkim Elçin Zodan Yeganə Quliyevanı plastik əməliyyat edərkən, xəstə dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib.

E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır.

Məsələ ilə bağlı Oxu.Az-a verilən açıqlama “Stimul Hospital”ın kadrlar şöbəsinin əməkdaşı bildirilib ki, hazırda xəstəxanada bu adda həkim işləmir:

“Adıçəkilən həkim fevral ayında öz təşəbbüsü ilə ərizə yazaraq, işdən ayrılmaq istədiyini bildirib. Hazırda xəstəxanamızda Elçin Zodan adında həkim fəaliyyət göstərmir. Zodan onun özünə qoyduğu ləqəbdir. Həkimin öz ad soyadı Elçin Ələsgərovdur. Bildiyim qədərilə, artıq 2-3 aydır ki, o, başqa xəstəxanada fəaliyyət göstərir”.

Səhiyyə Nazirliyindən saytımıza verilən açıqlamada bildirilib ki, hazırda faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır. /Oxu.az/

Qeyd edək ki, bu barədə ilk xəbəri Qafqazinfo.az saytı yayıb.
Bakıda qadın plastik əməliyyatın qurbanı oldu-YENİLƏNİB
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930