» » Azərbaycanda nə qədər vərəmli xəstə var?

Azərbaycanda nə qədər vərəmli xəstə var?

Azərbaycanda nə qədər vərəmli xəstə var?
2016-cı ildə dünyada 6.3 milyon yeni vərəm xəstəsi aşkar edilib və qeydiyyata alınıb. Vərəmin ən çox yayıldığı ölkələr Hindistan, İndoneziya, Çin, Pakistan və Filippindir. 6.3 milyon yeni vərəm xəstəsi arasında 490000-i dərmanlara davamlı vərəm xəstəsidir. Dərmanlara davamlı vərəm ildən ilə artmaqda davam edən təhlükə olaraq qalır.
2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı 2030-cu ilə gədər Davamlı İnkişaf üzrə Məqsədlər təyin edib. Bu məqsədlərdən biri - Vərəmin Qlobal epidemiyasının ləğv edilməsidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2016-2035 illər üzrə Vərəmin ləğv edilməsi Strategiyasını qəbul edib. Bu strategiya 2014-cü ildə Ümumdünya Səhiyyə Asambleyası tərəfindən dəstəklənib.

Azərbaycanda vərəm infeksiyası ilə əlaqədar epidemioloji vəziyyət stabildir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəliklə bağlı martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd olunub.

Qeyd olunub ki, 2017-ci ildə vərəmlə xəstələnmə halları hər 100 000 əhaliyə 39.8 təşkil edib.

Respublikada son illər ərzində vərəmlə mübarizə sahəsində fəaliyyət göstərən regional diaqdostika laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi, onların müasir və sürətli diaqnostika avadanlıqları ilə (Xpert MTB/RİF) təchiz olunması xəstələrin erkən aşkarlanmasını yaxşılaşdırıb.

Hazırda vərəmin erkən aşkarlanması və müasir tələblərə uyğun laborator təsdiqinin aparılması Milli İstinad Laboratoriyasında (Ağciyər Xəstəlikləri İnstitututu), beş regional laboratoriyalarda (Quba, Masallı, Gəncə, Zaqatala, Naxçıvan) və 2 vərəm xidməti müəssisələrinin laboratoriyalarında (Bakı və Sumqayıt) həyaya keçirilir. Vərəmli xəstələrin erkən aşkarlanması isə öz növbəsində müalicə effektivliyinin artmasına səbəb olur.

Martın 30-da Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Ftiziatrlar və Pulmonoloqların İctimai Birliyi və Ölkə Əlaqələndirmə Komissiyasının təşəbbüsü ilə Dünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş Dəyirmi Masa keçiriləcəkdir. Dəyirmi Masada müzakirə ediləcək əsas mövzular - Azərbaycanda vərəmin erkən aşkarlanması, müasir müayinə və müalicə üsulları, vərəm hadisələrinin, o cümlədən dərmanlara davamlı vərəm formalarının rastgəlmə tezliyinin və yayılmasının qarşısının alınması sahəsində dünya təcrübəsinin öyrənilməsi. Müzakirələrdə həmçinin vərəmlə mübarizə sahəsində Azərbaycan Respublikasında mövcud qanunvericilik və bu sahədə müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının müştərək fəaliyyəti nəzərdən keçiriləcək.

Dəyirmi Masada millət vəkilləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələri, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəhbərliyi, Ölkə Əlaqələndirmə Komissiyasının nümayəndələri, ÜST-nın Azərbaycanda olan nümayyəndəliyi, İİV/QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun layihə əlaqələndirmə bürosunun rəhbərliyi, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbərliyi, vərəmlə mübarizə sahəsində çalışan bir sıra beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı planlaşdırılır
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31