dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya "Lassa qızdırması" barədə xəbərdarlıq edib

Rusiya  "Lassa qızdırması" barədə xəbərdarlıq edib
Rusiyanın İstehlakçıların hüquqlarının və insan sağlamlığının qorunmasına nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) Qanaya səfər etməyi planlaşdıran rusiyalılara xəbərdarlıq edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, xəbərdarlıqda qeyd edilib ki, Qana Səhiyyə Nazirliyi müalicə məqsədi ilə Noquçi Tibbi Tədqiqatlar İnstitutuna yerləşdirilmiş xəstənin fevralın 1-də "Lassa qızdırması"ndan vəfat etdiyini təsdiqləyib.

Diaqnoz laboratoriyada təsdiqini tapıb. Noquçi Tibbi Tədqiqatlar İnstitutunun xəstə ilə ünsiyyətdə olmuş bütün əməkdaşları müşahidə altındadır. Rusiyanın İstehlakçıların hüquqlarının və insan sağlamlığının qorunmasına nəzarət üzrə Federal Xidməti Qanaya səfər planlaşdıran bütün rusiyalıları bu informasiyanı nəzərə almağa çağırıb.

Oxunub: 803
Oxşar xəbərlər
SON XƏBƏRLƏR