» » Vəfat edən insanlarda xərçəng dərmanı aşkarlandı

Vəfat edən insanlarda xərçəng dərmanı aşkarlandı

Vəfat edən insanlarda xərçəng dərmanı aşkarlandı
ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri hantinqton xəstəliyindən əziyyət çəkən xəstələrdə xərçəng riskinin 80 faiz aşağı düşdüyünü müəyyən edib.

Məlum olub ki, şişli hüceyrələr sinir hüceyrələrini zədələyən hantinqton zülalının qüsurlu formasına qarşı həssasdır.

Oxu.Az xəbər verir ki, bu barədə “MedicalXpress” pres-relizində bildirilir.

Hantinqton xəstəliyi - HTT genində CAG nukleotid tripletlərinin çoxalmasından qaynaqlanan və hantinqtinləri kodlaşdıran genetik sinir sistemi xəstəliyidir. Nəticədə zülalda qlutamin aminoturşusunun həddindən artıq çoxluğu müşahidə olunur.

Bu striatumun – kəllə beynin hərəkətverici reaksiya və şərti reflekslərə nəzarət edən hissəsinin atrofiyasına yol açır, sonrakı mərhələlərdə isə beyin qabığının zədələnməsi müşahidə edilir.

Xəstəliyin müalicəsi yoxdur və ilk simptomların meydana gəlməsindən sonra 15-20 il ərzində ölümlə nəticələnir.

Siçanlar üzərində aparılan sınaqlara əsasən, hantinqinlərin yumurtalıqların xərçəngli toxumalarına yeridilməsi, hər hansı əks təsirlər olmadan şişin inkişafını ləngidir. Preparat digər bədxassəli şişlərdə, o cümlədən süd vəzisi, prostat vəzi, qaraciyər, beyin, ağciyər, dəri və yoğun bağırsağın şişlərində sınaqdan keçirilib.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930