dini radikalizm və ekstremizmlə mübarizə

Uşaq qidasında bakteriya təhlükəsi

Uşaq qidasında bakteriya təhlükəsi
Fransanın məşhur “Lactalis” şirkəti salmonella virusu qorxusu ilə bəzi uşaq südü məhsullarını geri qaytardığı barədə məlumat vermişdik. Məhsulun geri qaytarımasına səbəb şirkətin istehsal etdiyi uşaq qidasının tərkibində zərərli bakteriyayanın aşkarlanmasıdır. Fransada istehsal olunan və tərkibində salmonella bakteriyası olduğu ortaya çıxan körpə qidaları 83 ölkəyə satılıb. Bir neçə gün əvvəl Qida Təhlükəsizliyi Agentliyi də yerli bazarda araşdırmalar apardığını bəyan etdi.

ATV.az saytı aptek və ticarət mərkəzlərində sözügedən uşaq qidasının olub olmadığını araşdırdı. Məlum olub ki, həmin uşaq qidasının satışı ölkəmizdə də aparılsa da məhsul satış məkanlarından artıq yığışdırılıb. Qida Təhlükəsizliyi Agentliyi də apardığı araşdırmaların nəticələrini açıqladı. Araşdırmaların nəticəsi olaraq “Lactalis Group”a məxsus “Picot”, “Milumel” və “Celia” nişanlı uşaq qidaları və digər süd məhsullarının ölkəyə idxal edilmədiyi, bu səbəbdən də narahatlığa əsas olmadığı müəyyən edilib. Sorğuların nəticəsindən bəlli olub ki, salmonella bakteriyasının tapıldığı güman edilən və satışdan götürülən “Lactalis Group”a məxsus “Picot”, “Milumel” və “Celia” nişanlı uşaq qidaları və digər süd məhsulları ölkəyə idxal edilməyib, və bu səbəbdən də narahatlığa əsas yoxdur.

İstehlakçılardan isə xahiş olunur ki, satış nöqtələri, ticarət obyektlərində adı çəkilən qida məhsullarına rast gəldikləri zamanı Qida Təhlükəsizliyi Agentliyinin (012) 565-12-72 və ya (012) 565-12-82 nömrələrinə məlumat versinlər

Oxunub: 904
Oxşar xəbərlər
SON XƏBƏRLƏR