» » Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cocuq Mərcanlıda -Fotolar

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cocuq Mərcanlıda -Fotolar

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cocuq Mərcanlıda -Fotolar


Yanvarın 6-da akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirib.

Djb.Az bildirir ki, tədbirdə çıxış edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Səyyar Klinikanın Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyaların mütəmadi xarakter daşıdığını və Prezident İlham Əliyevin səhiyyə sahəsində reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunduğunu bildirib: “Mərkəz davamlı olaraq respublikanın müxtəlif regionlarında pasiyentlərə səyyar xidmət göstərir. Növbəti aksiya Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində keçirilir. Məlum olduğu kimi ötən ilin aprelində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Cocuq Mərcanlı erməni işğalından azad edilib və burada təhlükəsiz həyat təmin olunub.

Prezident İlham Əliyevi işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı xüsusi əhəmiyyətə malikdir və hər kəsin öz üzərinə düşən işi yerinə yetirməsi vacibdir. Bu məqsədlə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları da Cocuq Mərcanlıya səfər ediblər. Yüksək texnologiyalarla təchiz olunmuş Səyyar Klinika buraya gələrək yerli əhaliyə oftalmoloji-tibbi xidmət göstərmək niyyətindədir. Məqsəd pasiyentlərin səhhəti ilə bağlı problemlərin həll olunmasına kömək göstərməkdir. Bununla yanaşı tibb işçiləri pasiyentlərin göz xəstəlikləri ilə bağlı monitorinqlər apararaq əldə edilən nəticələri müzakirə edib yerindəcə həllinə çalışacaqlar”.

Qeyd edək ki, 2005-ci ildən bəri Səyyar Klinika respublikanın 90 rayon və şəhərlərinə 125 aksiya keçirib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar. Mərkəzin pasiyentlərə regionlarda səyyar xidmət göstərməsi ənənə halı alıb.

Cocuq Mərcanlıda keçirilən aksiya zamanı 120-dən çox vətəndaş müayinə olunub.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cocuq Mərcanlıda -Fotolar
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cocuq Mərcanlıda -Fotolar
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cocuq Mərcanlıda -Fotolar
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cocuq Mərcanlıda -Fotolar
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cocuq Mərcanlıda -Fotolar
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031