» » "Bu ilin 11 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 464 nəfərdə təsdiqlənib".

"Bu ilin 11 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 464 nəfərdə təsdiqlənib".

"Bu ilin 11 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 464 nəfərdə təsdiqlənib".
DJB.az "Report"a istinadən xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirilmə şöbəsinin müdiri Natiq Zülfüqarov 1 dekabr - Ümümdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan tədbirdə deyib.
O qeyd edib ki, həmin şəxslərdən 450-si (97,0%) Azərbaycan vətəndaşı, 14 nəfəri (3,0%) isə əcnəbidir: "Qeydiyyata alınan 450 Azərbaycan vətəndaşından 287-si (63,8%) kişi, 163-ü (36,2%) qadındır. Bu günədək Mərkəzdə 5107 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,4%-i (3695) kişi, 27,6%-i (1412) qadındır. QİÇS mərhələsində olanlar 1373 nəfər təşkil edir. İİV-infeksiyasından dünyasını dəyişən insanların sayı 794 nəfər olub".
Mərkəz rəsmisi əlavə edib ki, İİV-lə yaşayan insanlardan 46,3%-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,7%-da heteroseksual, 1,9%-da isə homoseksual kontakt nəticəsində, 1,8%-da anadan uşağa keçməklə baş verib, 7,3%-də yoluxma yolu müəyyən edilməyib.
Eyni zamanda, 2006-cı ildən tətbiq edilən antiretrovirus terapiyaya (ART) hazırda 3 418 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 458 nəfərə müalicə bu ilin 11 ayı ərzində başlanılıb. Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını alamaq üçün 237 hamilə ART-yə qoşulub.
Bundan başqa, keçən ildən etibarən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 114 315 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 90 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.
Tədbirdə o da qeyd olunub ki, bu ilin iyun ayının sonuna dünyada İİV-lə yaşayan insanların sayı 36,7 milyon nəfər təşkil edib. Onlardan da 2,1 mln. nəfəri son 1 ildə yoluxanlardır. İİV-lə yaşayan insanların 34,9 milyonu yaşlılar, 1,8 milyonu 15 yaşından kiçik olan şəxslərdir. 2020-ci ilə kimi 30 mln. İİV-lə yaşayan insanı ARV terapiya ilə təmin etmək mümkün olacaq.
Oxşar xəbərlər
Aygün Məmmədova: "Mənim ikinci həyat yoldaşımdır"
Aygün Məmmədova:
Sənət İlahi işarədir. Sənətin gücü var. Bir də sənət sahibləri var. O sənət sahibləri ki, sənətinin dəyərini bilir, onun üzərində Читать далее
"DJB.az" saytının rəhbəri Prezidenti təbrik etdi
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda Читать далее
Təbrik edirəm Cənab Prezident!
Təbrik edirəm Cənab Prezident!
İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və Читать далее
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30