» » Səhiyyə Nazirliyindən "Grand Hospital"dakı ölümlə bağlı açıqlama

Səhiyyə Nazirliyindən "Grand Hospital"dakı ölümlə bağlı açıqlama

Səhiyyə Nazirliyindən "Grand Hospital"dakı ölümlə bağlı açıqlama

Səhiyyə Nazirliyi (SN) "Grand Hospital"da Nurağa Qasımovun əməliyyat olunarkən dünyasını dəyişməsi məsələsinə münasibət bildirib.

Nazirlikdən Oxu.Az-a bildirilib ki, hadisənin baş verdiyi müəssisə özəl olduğundan araşdırmanın aparılması üçün zərərçəkənin ya qohumları, ya da hüquq-mühafizə orqanları SN-nə müraciət etməlidirlər.

Lakin indiyədək nə qohumlar, nə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olub. Bu səbəbdən də SN özəl klinikada baş vermiş hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır: "Xəstənin hansı səbəbdən ölməsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin araşdırmasından sonra məlum olacaq".

Qeyd edək ki, hadisə ilə əlaqədar faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, "Grand Hospital"da 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov özəl klinikada əməliyyat olunarkən dünyasını dəyişib. N.Qasımovun ürəyində aorta damarının şuntlama əməliyyatı keçirilirmiş. Lakin əməliyyat zamanı onun səhhəti pisləşib və dünyasını dəyişib.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930