» » Zirvələrdə görək səni!

Zirvələrdə görək səni!

Zirvələrdə görək səni!

Nədənsə həkim-cərrah Əliqismətdən yazı hazırlayanda Dədə Bəhmənin bir gözəl şeirindən bir bəndi yadıma düşdü:
Kömək üçün yaxşıların işinə,
Böyük Yaradanı yar istəmişəm.
Xeyirxah insanı, yaxşı kəsləri,
Həmişə aləmdə var istəmişəm…

Əslində, Dədə Bəhmən bununla ictimai fikri nəzimə çəkib, xalqın arzu-istəyini obrazlı şəkildə verib. Çünki, bəşər övladı həmişə yaxşı insanlarla fəxr edib, onları doğmaları kimi əzizləyib. Hər bir kəsə öz qiymətini verməyi bacaran xalqımız, təbii ki, yaxşıları o birilərindən fərqləndirir. Əlqismət həkim də belə sevilənlərdəndir. Çünki onun atası Usubəli kişi xalq arasında sayılıb-seçilənlərdən olub, övladlarını əsl insan kimi böyütməyi bacarıb. Bu, Usubəli kişinin xoşbəxtliyidir… Əliqismət Əliyev Usubəli oğlu da hamı kimi dünyaya gəlsə də, ömrünü başqalarınkından seçdirməyi bacarıb, bu da təbii ki, onun mənsub olduğu gendən gələn bir faktordur. Xırmandalı kənd 1 saylı orta məktəbində oxuyarkən (indi şəhid C.Məhhərrəmovun adını daşıyır məktəb) diribaşlığı, fərasəti, biliyi, zəkası ilə şagird yoldaşlarından seçilirdi. Elə buna görə də sözügedən məktəbi 1990-cı ildə gümüş medalla bitirərək, elə həmin il Azərbaycan Tibb Universitetinin müalicə- profilaktika fakültəsinə daxil olmuşdur. Tələbəlik illəri Əliqismətin ömür dünyasında yeni bir dünya “kəşf” etməsinə zəmin yaratmışdır. Tələbələr arasında biliyi ilə seçilən Əliqismət Əliyev 1996-cı ildə həmin fakültəni cərrah ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1996-1997-ci illərdə Bakı şəhər Kliniki Tibbi Mərkəzində cərrahiyyə üzrə internatura keçmişdir. Təbii ki, bu Əliqismət Əliyevin yiyələndiyi, kamil bilicisi olmağa aparan yolun başlanğıcı idi. Gənc həkim bu sahədə olan biliyini artırmaq üçün zəruri işlərin görülməsi qayğısına qalırdı. 1997-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasında həkim kimi hərbi xidmətdə olduğu illərdə ixtisasını artırmaq haqqında düşünürdü: İxtisasını dərindən bildiyini nəzərə alaraq, Mərkəzi Hərbi Hospitalında hərbi səhra cərrahiyyə üzrə ixtisaslaşma kursunu keçmişdir. İki dəfə Türkiyə Respublikasında təcrübə kurslarında olmuşdur. 15 ildir ki, Biləsuvar rayon Mərkəzi xəstəxanasında cərrahiyyə şöbəsində həkim-cərrah kimi çalışır, əməli ilə xalqın sevimlisinə çevrilib, Əliqismət… Qayğıkeşdir, hər bir xəstəyə eyni münasibət bəsləyir, səmimidir, mehribandır, biliyini heç kimdən əsirgəmir, fikrini tam dolğun şəkildə izzah etməyi bacarır. Buna görə də bu gün Əliqismət həkimə pənah aparan xəstələr onun şəfalı əllərinə duaçıdırlar,Tanrıya!. Axı, insan taleyini hər ağxalatlıya (hər ağ xalat geyəndən həkim olmaz) etibar etmək olmaz. Amma, həkim-cərrah Əliqismət Əliyev bu etimadı xalq arasında öz biliyi ilə, əməli ilə qazanıb. Bu, onun xoşbəxtliyi deyilmi, əziz oxucu?! Xoşbəxtsən, Əliqismət həkim! Ağ xalat sənə çox gözəl yaraşır, ay həkim. Xalqın qəlbində əbədi məskən salmaq hər ağ xalat geymiş həkimə müəssər olan xoşbəxtlik deyil! Həmişə öz peşənin və insanlığın zirvəsində görək səni! Böyükbəy Quliyev
Zirvələrdə görək səni!
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930