» » Elektroporasiya və onun üstünlükləri - Hamar dərinin sirri

Elektroporasiya və onun üstünlükləri - Hamar dərinin sirri

Elektroporasiya və onun üstünlükləri - Hamar dərinin sirri

Müasir kosmetologiya üzün və bədənin cavanlaşması üçün bir çox fərqli xidmət təklif edir. Gözəllik üçün olan müxtəlif inyeksiyalar əks göstəricilərə malik olduğu üçün hər kəsə uyğun gəlmir. Aparat kosmetologiyası bu baxımdan daha əlverişlidir.

Elektroporasiya müəyyən tezlikli mikrocərəyan sayəsində dərinin epidermis qatındakı ion kanallarını açır. Bu kanallardakı xüsusi zülal-transporterlər dərinin qatlarındakı molekullarla təmasa keçərək dərinin daha dərin qatlarına nüfuz edirlər. Elektrik cərəyanın təsiri bitəndə ion kanalları bağlanır, dərinin ehtiyac duyduğu zəruri maddələr isə dərinin daha dərin qatlarına təsir göstərməyə başlayır.

Elektroporasiyadan hansı təsiri gözləmək olar?

Bu metod dərini dərindən nəmləndirərək onun göstəricilərinin yaxşılaşmasına səbəb olur. Buna görə də elektroporasiya birinci növbədə quru dəriyə sahib pasiyentlərə məsləhət görülür.

Lakin dərinin quruluğu bu prosedurun həll edə biləcəyi tək problem deyil.

Elektroporasiya:

• Dərini dərindən nəmləndirərək daha hamar və təravətli görünüş bəxş edir

• Mimik qırışları aradan qaldırır

• Dərinin rəngini yaxşılaşdırır

• Qara nöqtələri aradan qaldırır

• Genişlənmiş məsamələri yığır

• Dəridə aknedən sonra yaranan çapıqları aradan qaldırır

• Dərinin sallanmasının qarşısını alır və daha elastik olmasına səbəb olur

• Saç tökülməsinin qarşısını alır

• İnyeksiyadan sonra dərini bərpa edir

• Dərinin su balansını bərpa edir

• Piqment ləkələri və kuperozu aradan qaldırır

Bundan əlavə, elektroporasiya metodundan qlutation peptidini tətbiq edərək dərini ziyanlı maddələrdən təmizləmək və qlikol turşusu ilə dərini hamarlaşdırmaq, dərialtı yağ qatındakı fəaliyyəti normallaşdırmaq olar.

Prosedur necə keçirilir?

Prosedur dərinin təmizlənməsi (makiyaj, toz, çirk) ilə başlayır. Bəzi hallarda elektroporasiya olunacaq sahəyə ultrasəs pilinqi tətbiq olunur. Bununla dəri ölmüş hüceyrələrdən azad olur və dərinin daha dərin qatlarına faydalı maddələrin çatdırılmasına şərait yaranır. Daha sonra aparatın başlığına derma qatına tətbiq olunacaq maddələrlə yeridilir və iynəsiz mezoterapiya proseduruna başlanılır. Başlıqda olan müəyyən gücdəki cərəyan ion kanallarının açılmasına səbəb olur. Bu başlıq dəri ilə təmas qurur və faydalı maddələri dərinin qatlarına yeridir.

Prosedur 20 dəqiqə çəkir. Prosedurun tam kursu həftədə 1 dəfə olmaqla 10 seansdan ibarətdir. Effektin uzunmüddətli olması üçün tam kurs elektroporasiya proseduru keçdikdən sonra 2 ayda bir prosedurun təkrarlanması arzuolunandır.

Elektroporasiya üçün istifadə olunan preparatlar

Elektroporasiya proseduru xüsusi preparatlarla keçirilməlidir. Digər prosedur üçün olan vasitələr ağır struktura malik olduğuna görə elektroporasiyaya uyğun gəlmir, çünki dərinin qatlarına, sadəcə, suda əriyən maddələr nüfuz edə bilir.

Bu səbəbdən də dərinin elektroporasiyası üçün hilauron və kollagen tərkibli preparatlar tətbiq olunur. Gilauron turşusunun bu prosesdə xüsusi rolu var. O, dəridəki vacib proseslərin həyata keçməsinə kömək edir. Elektroporasiya üçün vitaminli mezokokteyllər, aminturşular və mineral maddələrdən istifadə olunur.

Prosedurun üstünlükləri

Bir çox üstünlüyünə görə elektroporasiya gözəllik inyeksiyalarını əvəz edə bilər:

• prosedurun ağrısız olması

• dəriyə travmatik təsir göstərməməsi (şişkinlik; qızartı; yanıq izi)

• prosedurun asan və əlçatan olması

• prosedurdan sonrakı effekt

Hansı prosedurlarla eyni zamanda tətbiq oluna bilər?

Elektroporasiyanın kosmetik effektini artırmaq üçün, adətən, növbəti prosedurlarla tamamlayırlar:

• Miostimulyasiya

• Limfodrenaj

• Lazer terapiyası

Lazer terapiyası ilə eyni zamanda tətbiq olunanda elektroporasiya cavanlaşdırıcı effekt göstərir. Epidermisin bərpası zamanı dəridə təbii cavanlaşma və bərpa prosesi gedir. Bu da dərinin yaxşılaşmasına səbəb olur.

Dərinin yumşaq toxumalarında liftinq proseduru tətbiq olunduqda miostimulyasiya və elektroporasiyadan eyni zamanda istifadə olunur. Nəticə qalıcı olur, dəri qidalanır və daha hamar olur.

Limfodrenaj və elektroporasiyadan sellülitlə mübarizədə istifadə edirlər.

Bütün bunlar üçün “VIP Style” Estetik Klinikasına müraciət edə bilərsiniz:

Tel: (012) 465-33-83

Mob: (+99455) 202 41 48

Ünvan: Koroğlu Rəhimov 47 (ABU Arenanın yanı)
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031