» » Göz təzyiqi nədir?

Göz təzyiqi nədir?

Göz təzyiqi nədir?
Gözün içərisindəki maye gözün normal fəaliyyəti üçün lazımdır.

Axar.az xəbər verir ki, maye daim gözdə hasil olunur və daha sonra oradan axıb gedir. Mayenin gözdən axması prosesi pozulduqda, maye gözdə artıq miqdarda yığılmağa başlayır. Nəticədə maye gözün divarına daha güclü təzyiq etməyə başlayır ki, bu müxtəlif göz xəstəliklərinin və pozulmaların inkişafına yol açır.

Göz təzyiqi sağlam gözlərdə də var. Lakin bu zaman bu göz təzyiqi patoloji deyil, fiziolojidir. Göz təzyiqinin normal olması gözün sağlamlığı üçün olduqca vacibdir.

Göz təzyiqinin artması baş ağrısı (adətən gicgah nahiyyələrində), göz ağrısı (xüsusilə gözlərin hərəkəti zamanı), gözlərin yorğunluğu kimi simptomlarla özünü büruzə verir. Gözlərdə diskomfort xüsusilə kompüterdə işlədikdə və xırda şriftlə yazılan mətn oxuduqda hiss olunur.

Ən ağır hallarda gözlərin qızarması, görmənin pozulması kimi simptomlar meydana çıxır.

Göz təzyiqin kəskin və yüksək artması zamanı insanda başgicəllənməsi, ürəkbulanması və qusma kimi simptomlar inkişaf edə bilər.

Lakin bəzi hallarda yüksək göz təzyiqi özünü heç bir əlamətlə büruzə vermir. Məhz bu səbəbdən həkimlər 40 yaşından yuxarı olan insanlara profilaktik müayinələrdən keçməyi tövsiyə edirlər.

Göz təzyiqinin artması torlu qişanın hüceyrələrin məhv olmasına, gözdə metabolik proseslərin pozulmasına səbəb olur ki, bunun nəticəsində görmə orqanlarda geriyədönməz dəyişikliklər baş verir.

Göz təzyiqin müvəqqəti artmasına təkan verən amillər:

- hipertoniya,

- ürək çatışmazlığı,

- bəzi göz xəstəlikləri,

- gözlərin həddən artıq yüklənməsi (məsələn, kompüterdə uzun müddət ərzində işləyən insanlarda),

- müxtəlif göz iltihabları,

- endokrik sistemi pozulmaları və xəstəlikləri (toksiki zob, hipotireoz),

- göz şişləri,

- travmalar.

Göz təzyiqinin daimi artmasının əsas səbəbi çox təhlükəli göz xəstəliyi olan qlaukoma xəstəliyidir.

Göz təzyiqinin artmasının digər fəsadı görmə sinirinin atrofiyasıdır. Bu zaman görmə kəskin pisləşir, korluq inkişaf edə bilər.

Göz təzyiqinin artmasının ilk simptomlarında mütləq oftalmoloqa müraciət edin.

Göz təzyiqi xüsusi göz tonometrlə ölçülür. Bu çox sadə prosedurdur. Bundan əlavə oftalmoloq xəstənin gözlərini müayinə edir.

Göz təzyiqinin artmasının müalicəsi bu pozulmanın səbəbindən asılıdır. Adətən həkimlər xüsusi göz damcıları təyin edirlər.

Konservativ (dərmanlarla) terapiya kömək etmədikdə, cərrahi üsullardan istifadə oluna bilər. Hal hazırda daha tez-tez hallarda bunun üçün lazer istifadə olunur.

Bəzən insanda göz təzyiqinin enməsi təyin olunur. Bu da gözdə gedən patoloji prosesin (iltihab, travmadan sonra vəziyyət və s.) simptomu ola bilər. Göz təzyiqinin enməsi insanın görmə funksiyasına mənfi təsir edir - göz almasının atrofiyasına, görmənin ciddi pozulmasına səbəb olur. Uzun müddət ərzində mövcud olan göz təzyiqinin enməsi zamanı gözün ölçüləri kiçilir.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930